Aeratravel.az
Aeratravel.az

Aurus şirkəti Komendant adlı SUV modelinin kütləvi istehsalına başladığını elan etdi

  • 580
  • 0
  • 18-07-2022, 00:58
Aurus şirkəti Komendant adlı SUV modelinin kütləvi istehsalına başladığını elan etdi

Tatarıstan Respublikasının Alabuqa xüsusi iqtisadi zonasında yerləşən “Aurus” istehsalat sahəsi “Komendant” yolsuzluq avtomobillərinin kütləvi istehsalına hazırlaşır. Bu barədə Gazeta.Ru-ya Aurus-un mətbuat xidmətindən məlumat verilib.

“Tatarıstan Respublikasındakı “Aurus” zavodu adi qaydada fəaliyyətini davam etdirir, artıq istehsalat meydançasında “Komendant” avtomobillərinin qarşıdan gələn kütləvi istehsalı üçün lazım olan hazırlıq işlərinə başlanılıb. Hazırda şirkət diqqətini geniş ictimaiyyətə təqdim ediləcəyi yolsuzluq avtomobilinin premyerasına hazırlaşmağa cəlb edib”, - deyə Aurus-dan bildiriblər.

Şirkət tədbirin keçiriləcəyi tarixi və yerini “yaxın vaxtlarda” elan edəcəyinə söz verib. Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturovun sözlərinə görə, avtomobilin yayın sonuna qədər təqdim olunacağı planlaşdırılır.

Aurus qeyd edib ki, partnyorların əksəriyyəti şirkətlə əməkdaşlığı davam etdirirlər. Rusiyaya idxal qadağası altında olan komponentlərin və materialların tədarükü üçün alternativ təchizatçılarla müqavilələr bağlanır.


Tərcümə: Famil Ələkbərli

Mənbə: gazeta.ru

Şərhlər