Aeratravel.az
Aeratravel.az

Hyundai 1974-cü il modelindən ilhamlanaraq yeni güclü model hazırladı

  • 628
  • 0
  • 18-07-2022, 01:34
Hyundai 1974-cü il modelindən ilhamlanaraq yeni güclü model hazırladı

Hyundai 1974-cü il modelindən ilhamlanaraq 679 at gücünə malik hidrogen mühərrikli yeni konseptual N Vision 74 modelini təqdim etdi.

Hyundai iki unikal modelinin prototipini təqdim etdi və mütəxəssislərin qiymətləndirməsinə görə, onlar güclü elektrikləşdirilmiş avtomobillərin gələcəyini müəyyənləşdirəcək. Onlardan biri də elektrikli RN22e-dir. Model bu yaxınlarda buraxılmış Ioniq 6-a əsaslanır.  Bu,  2022-ci il istehsalı Hyundai N Vision 74 modelidir. Bu konsept BMW M1 və Ferrari 250 GT kimi modellərə cavabdeh olan əfsanəvi dizayner Corcetto Cucaro tərəfindən hazırlanmışdır.

Konsept 74-cü ildə prototiplərdə təcəssüm etdirildi, lakin bu avtomobil heç vaxt gün işığı görmədi. Yeni modelin interyeri köhnə modeldən köçürüləcək: həm rəqəmsal klaster, həm də analoq düymələr olacaq. Təəssüf ki, istehsalçı hələ də interyerin fotolarını dərc etməyib.

Dərc edilmiş məlumata görə, Vision 74 konseptinin uzunluğu 4950 mm, eni 1993 mm və hündürlüyü 1330 mm, təkər bazası 2903 mm-dir. Bunlar, əlbəttə ki, idman avtomobilinin nisbətləridir, lakin bizi daha çox transmissiya maraqlandırır. İstehsalçı yanacaq elementləri ilə işləyən unikal hibrid arxitekturasını hazırladığını iddia edir. Şirkətdən bildiriblər ki, onun üstünlüyü təmiz hidrogen və ya elektrik avtomobili ilə müqayisədə xeyli təkmilləşdirilmiş soyutmadadır.

Yolun vəziyyətindən asılı olaraq iki fərqli enerji mənbəyi müxtəlif kombinasiyalarda istifadə edilə bilər. Arxadakı ikili mühərrik dönmələri apeksdən çıxışda daha dəqiq və sürətli edərək öhdəsindən gəlir. N Vision 74 kifayət qədər gücə malikdir. 62,4 kVt-saatlıq akkumulyator və 85 kVt-lıq yanacaq elementi bloku birlikdə 679 at gücü istehsal edir.


Tərcümə: Famil Ələkbərli

Mənbə: naavtotrasse.ru

Şərhlər