Aeratravel.az
Aeratravel.az

Yeni Chevrolet Trailblazer 2023 krossunun kütləvi versiyasının şəkilləri dərc edilib

  • 630
  • 0
  • 18-07-2022, 10:21
Yeni Chevrolet Trailblazer 2023 krossunun kütləvi versiyasının şəkilləri dərc edilib

Bu günlərdə xarici mətbuatda yenilənmiş Chevrolet Trailblazer 2023 krossoverinin fotoşəkilləri dərc olunub. Təqdim olunan görüntülərdən də göründüyü kimi, yeni avtomobildə xarici görünüş detalları bir qədər korrektə edilib. Bundan əlavə, onun ümumi ölçüləri indi Toyota Highlander-in ölçülərindən daha böyükdür. Yeni Trailblazer-in başlanğıc qiymətinin təxminən 250.000 yuana (cari kursla 63000 AZN) endirilməsi gözlənilir. Həmçinin bildirilir ki, krossover bu il ərzində satışa çıxarılacaq, lakin tarixi dəqiq deyil. Artıq məlumdur ki, istehsalçı avtomobilin iki versiyasını təqdim edəcək, yəni: RS və Redline.

Yeni Trailblazer-in ümumi forması əsasən indiki modellə eynidir. Ön tərəfdə gündüz işıqları böyük dəyişikliklərə məruz qalıb. Radiator qəfəsinə xromlaşdırılmış bəzək əlavə edilib. Faralar və bamper ayrılıqda öz formasını kəskin dəyişməyib. Yan tərəf faktiki olaraq dəyişməz qalıb. Arxa hissədə transformasiya da nəzərə çarpmır. Əsasən, faralar qrupunun daxili quruluşu düzəlişlərə məruz qalıb. Bildirilir ki, yeni avtomobilin interyer dizaynı daha əvvəl tənqid dalğasına səbəb olmuş sərt plastik materialdan istifadə edilən hazırkı modelə uyğun olacaq. Eyni zamanda, istehsalçı müştərilərə 5 və 7 yerlik seçim təklif edərək məhsul xəttini genişləndirir.

Güc bölməsi ilə bağlı bildirilir ki, yeni avtomobil indiki 2.0T+48V yumşaq hibrid mühərriki saxlayacaq və transmissiya sistemi 9AT sürət qutusu ilə uyğunlaşdırılacaq. Eyni zamanda, RS versiyası tam ötürücü sistemi ilə təchiz edilmişdir. Hibrid Highlander modeli ilə müqayisədə yeni avtomobilin gücü aşkar üstünlüklərə malikdir, lakin o, Chevrolet Trailblazer 2.0T-nin yanacaq versiyasından bir qədər zəifdir.


Tərcümə: Famil Ələkbərli

Mənbə: naavtotrasse.ru

Şərhlər