Aeratravel.az
Aeratravel.az

İlon Musk Tesla elektromobillərinin nə vaxt ucuzlaşa biləcəyi barədə danışdı

  • 601
  • 0
  • 18-07-2022, 14:40
İlon Musk Tesla elektromobillərinin nə vaxt ucuzlaşa biləcəyi barədə danışdı

İlon Mask inflyasiyanın azaldılmasını Tesla elektromobillərinin qiymətinin düşməsinin əsas şərti adlandırıb.

Tesla elektromobillərinin qiyməti son bir il ərzində əhəmiyyətli dərəcədə artıb, bir neçə il əvvəlkindən isə xeyli bahalaşıb. Bazardakı vəziyyət Amerika şirkətini öz avtomobillərinin qiymətini qaldırmağa məcbur etdi, lakin Tesla-nın baş direktoru İlon Mask gələcəkdə elektromobillərin ucuzlaşa biləcəyini istisna etmir.

Tesla sonuncu dəfə qiymətləri iyun ayında qaldırmışdı. Sonra Model 3 sedanının baza komplektasiyası 1450 dollar bahalaşaraq 46990 dollara, Model Y krossoveri isə 61990 dollara yüksəldi. Qiymətlərin artması bir neçə amillə bağlıdır: komponent çatışmazlığı və bahalaşması, Çində karantin məhdudiyyətlərinin mənfi təsiri və rekord səviyyədə inflyasiya.

İndi Tesla müştəriləri, o cümlədən potensial müştərilər, pandemiyadan sonra brendin elektromobillərinin qiymətinin düşəcəyini və tədarük zənciri ilə bağlı problemləri həll edəcəyini gözləməkdən narahatdırlar. İlon Mask buna Tvitter-də belə cavab verib.

"İnflyasiya azalarsa, biz avtomobillərin qiymətini aşağı sala biləcəyik", - Teslanın rəhbəri bildirib.


Başqa sözlə, Tesla avtomobillərinin yaxın gələcəkdə ucuzlaşması şansı hələ də var: hər şey iqtisadiyyatın gələcək vəziyyətindən asılıdır.

Digər tərəfdən, bir çox ekspertlər inflyasiyanın daha bir neçə il yüksək qalacağını deyirlər və biznes baxımından Teslanın qiymətləri aşağı salması üçün heç bir səbəbin olmadığını bildirirlər, xüsusən ona görə ki, indi onlara tələb o qədər yüksəkdir ki, təklifi xeyli üstələyir.


Tərcümə: Famil Ələkbərli

Mənbə: avtonovostidnya.ru

Şərhlər