Aeratravel.az
Aeratravel.az

Çayka və "Volqa−21" brendləri ilə qadın alt paltarları satıla bilər

  • 857
  • 0
  • 18-07-2022, 17:43
Çayka və "Volqa−21" brendləri ilə qadın alt paltarları satıla bilər

Qorki Avtomobil Zavodu Çayka və Volqa-21 əmtəə nişanlarının qeydiyyatı üçün müraciət edib. Özü də sığortalamaq üçün avtomobil istehsalçısı bu iki markanın adı ilə son dərəcə geniş məhsul çeşidinin istehsal oluna biləcəyini qeyd etdi.

Maçete və açarlar, amuletlər və sikkələr, təqvimlər və məktəb ləvazimatları, çantalar, həmçinin qadın alt paltarları, oyuncaqlar, pivə - bütün bunlar, üstəlik bir neçə digər məhsul və xidmətlər, GAZ Volqa-21 və Çayka brendləri altında istehsal edə bilər".

Bu arada, Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin nəinki əfsanəvi QAZ Volqa-nın canlanmasına ümid edir, həm də köhnə yeni rus minik avtomobilinin yaradılması üçün bütün lazımi dəstəyi verməyə hazırdır.

Ümumiyyətlə, hakimiyyət köhnə sovet brendlərini canlandırmaq qərarına gəlib. Məsələn, Moskva keçmiş AZLK ərazisində “Moskviç” markalı avtomobillərin istehsalını planlaşdırır, “Pobeda” və “Volqa”nın dirçəldilməsi planları var. 


Tərcümə: Famil Ələkbərli

Mənbə: avtovzglyad.ru

Şərhlər