Aeratravel.az
Aeratravel.az

Lamborghini Huracan-ı hibridə çevirəcək

  • 740
  • 0
  • 19-07-2022, 02:47
Lamborghini Huracan-ı hibridə çevirəcək

Bunun səbəbi daha da sərtləşən ekoloji standartlardır.

İtalyan avtomobil istehsalçısı Lamborghini özünün Huracan superkarını benzinlə işləyən elektrik güc quraşdırmasına çevirəcək. Brendin fikrincə, yeni mühərrik brendin avtomobilləri üçün ənənəvi olan sürücülük emosiyalarını qoruyub saxlayacaq, eyni zamanda, avtomobili daha da dinamik və sürətli edərək mühəndislərə güc və fırlanma anında artım əldə etməyə imkan verəcək, . Bundan əlavə, o, özünün eksklüziv elektrik güc quraşdırmasını əldə edəcəyi üçün texnoloji cəhətdən çox inkişaf etmişdir.

Lamborghini-nin baş texnoloji direktoru Ruven Mor deyib ki, mövcud atmosfer V10 benzin-elektrik güc quraşdırması ilə əvəz olunacaq. Daxili yanma mühərrikində 6-dan çox və 12-dən az silindr var, lakin bunlar yeni məhsul haqqında hələ də məlum olanlardır.

Volkswagen qrupu artıq V8 əsaslı hibridlərə sahib olsa da, İtalyan markasının Audi, Bentley və Porsche-də olmayan unikal güc aqreqatı alacağı deyilir.

Gözlənilir ki, onlar ya hazırkı V10-a əsaslanan, gücü 850 at gücündən çox olan tamamilə yeni hibrid aqreqat ola bilər, ya da V8-ə malik, lakin xüsusi aqreqatlarla təchiz edilmiş və öz parametrlərinə malik mövcud hibrid ola bilər. Xatırladaq ki, Lamborghini-nin planına görə, 2024-cü ilə qədər brendin seriyasındakı bütün modellər hibrid versiyaya sahib olacaq. İlk kütləvi istehsal olunan hibrid Urus krossoverinin variantı, ardınca benzinlə işləyən Huracan və Aventador modelinin varisi olmalıdır.


Tərcümə: Famil Ələkbərli

Mənbə: motor.ru

Şərhlər