Aeratravel.az
Aeratravel.az

KIA XCEED 2023 krossoverinin şəkilləri yayıldı

  • 709
  • 0
  • 19-07-2022, 03:09
KIA XCEED 2023 krossoverinin şəkilləri yayıldı

 Masin.az xəbər verir ki, KIA XCEED 2023 krossoverinin istehsaldan əvvəlki prototipi göründü: gələcək bazar debütantının dizaynının şəkilləri yayıldı.

Yenilənmiş Kia XCeed 2023 tezliklə debüt edəcək. Krossoverin az miqdarda kamuflyaj daşıdığını göstərən yeni casus fotoşəkilləri ortaya çıxdı. Bəzi maraqlı yeniliklər nəzərə çarpır.

Bu avtomobil artıq 3 ildir ki, bazardadır və modelin təzə və dəbli qalması üçün feysliftinq vacibdir. Daha əvvəl Kia şirkəti kompakt krossoverin necə görünəcəyi ilə bağlı eskizləri göstərmişdi. Lakin debütdən bir neçə gün əvvəl adi yollarda avtomobilin sınaq prototipi diqqəti çəkib. Fotolar bizə avtomobilin yeni estetikasını göstərir. Kamuflyaj yalnız ön və arxa hissəni gizlədir. Buna baxmayaraq, yeni “Full LED” texnologiyalı faralar nəzərə çarpır. Bundan əlavə, qara rəngli interyer görürük ki, bu da onu idmana daha çox uyğunlaşdırır.

Ön tərəfdə qara rəngli bölünmüş radiator qəfəsi göstərilir. Yan tərəflərində hava girişləri üçün daha dar boşluqlar görürük. Kuzovun yaşıl rəngi çox güclü şəkildə fərqlənir - bu kölgə əvvəllər təklif edilməmişdi. Bundan əlavə, yüngül lehimli disklər yeni dizayna malikdir. Koreya markası kuzov üçün daha çox qara vurğu əlavə edən əlavə paket təqdim edəcək. Arxada faralar orijinal formasını saxlasa da, fərqli işıq imzası əldə edib. Bamper maska ilə örtülüb, lakin onun kiçik dəyişikliklərə məruz qalacağı artıq məlumdur.

2023 XCeed üçün interyer və texnoloji avadanlıq dəyişdiriləcək. Bundan əlavə, ən son GT-Line bəzəkləri unikal elementlər əlavə edəcək. Krossoverin mexaniki hissəsində hər hansı təkmilləşdirmə gözlənilmir, çünki indiki versiya həm yumşaq, həm də əlavə güc aqreqatlarını artıq təklif edir. Çox güman ki, şirkətin mühəndisləri onların səmərəliliyini artıracaq və təklif olunan yürüş ehtiyatını artıra biləcəklər. Yenilənmiş krossoverin satışının başlanması bu ilin sonuna planlaşdırılır.


Tərcümə: Famil Ələkbərli

Mənbə: naavtotrasse.ru

Şərhlər