Aeratravel.az
Aeratravel.az

Yeni Hyundai Ioniq 6 Shooting Brake universalı: ilk şəkillər

  • 630
  • 0
  • 19-07-2022, 23:07
Yeni Hyundai Ioniq 6 Shooting Brake universalı: ilk şəkillər

Keçən ayın sonunda gələcəkdə Ioniq 6 elektrik sedanına universal versiyanın əlavə oluna biləcəyi barədə məlumatlar yayıldı. O, necə görünəcək?

Bir neçə həftə əvvəl İoniq 6 adını almış orta ölçülü elektrik sedanın rəsmi premyerası baş tutmuşdu. Modelin dizaynı Cenevrə avtosalonu 2020 ilə üst-üstə düşən Prophecy konseptinə əsaslanır. Ioniq markanın elektromobilləri üçün nəzərdə tutulmuş təyinatıdır, birincisi keçən ilin əvvəlində debüt edən Ioniq 5 kross-hetç olmuşdu. Yeni "altılığın" xarici görünüş baxımından onunla heç bir əlaqəsi yoxdur, kuzovun plastiki əyri xətlərlə doludur və modelin profilində yan şüşələrin xarakterik formasına görə xalq arasında "banan" ləqəbli Mercedes-Benz CLS-ə bənzəyir.

Hələlik model yalnız sedan olaraq təqdim edilir, lakin premyeradan sonra jurnalistlərə müsahibəsində şirkətin baş dizayneri etiraf edib ki, gələcəkdə Shooting Brake versiyası (idman silueti ilə universal kuzovu belə adlandırırlar). Belə bir avtomobilin necə görünə biləcəyi barədə heç bir məlumat olmasa da, güman etmək olar ki, onun xarici görünüşünün əsas xüsusiyyətlərindən birini - yan şüşələrin formasını saxlayacaq. Bununla belə spoyler baqaj qapağının yuxarı kənarına köçürülə bilər.

Yeni Ioniq 6, Ioniq 5, Kia EV6 və Genesis GV60 tərəfindən də istifadə edilən E-GMP (Electric Global Modular Platform) modul platforması üzərində qurulub. Sedanın baza versiyası 53 kVt-saat tutumlu dartma batareyası əldə etdi, daha güclü versiyalarda 77,4 kVt-saatlıq akkumulyator quraşdırılıb, bu modifikasiyalar üçün ötürücü arxa və ya tam ola bilər. İki mühərrikli tam ötürücülü versiya da var, ümumi gücü 325 at gücü, maksimal fırlanma anı 605 Nm-dir. Ən uzun mənzilli modifikasiyanın yürüş məsafəsi WLTP dövrünə görə 610 km-dir ki, bu da Ioniq 5 ilə müqayisədə təxminən 100 km çoxdur.

Modelin ölçülərinə gəlincə, sedanın uzunluğu 4855 mm, eni 1880 mm, hündürlüyü 1495 mm-dir. Müqayisə üçün deyək ki, Hyundai Sonata 46 mm uzun, lakin təkər bazası 107 mm qısadır (Ioniq 6-nın təkər bazası 2950 mm-dir).

Yeni məhsulların istehsalı bu ilin üçüncü rübünə nəzərdə tutulub. Model ABŞ və bir sıra Avropa ölkələrində satışa çıxarılacaq.    


Tərcümə: Famil Ələkbərli

Mənbə: kolesa.ru

Şərhlər