Aeratravel.az
Aeratravel.az

Avropada benzinin əlçatanlığına görə lider ölkələrin adları açıqlandı

  • 587
  • 0
  • 19-07-2022, 23:34
Avropada benzinin əlçatanlığına görə lider ölkələrin adları açıqlandı

Rusiya 2022-ci ildə benzinin əlçatanlığına görə Avropa ölkələrinin reytinqində 13-cü yerdədir

Ekspertlər Avropa ölkələri arasında benzinin əlçatanlığına görə liderlərin adlarını açıqlayıblar. Qəribədir ki, Rusiya ilk onluğa belə daxil ola bilməyib. 

Nəşr benzinin əlçatanlığına görə Avropa ölkələrinin reytinqini dərc edib. O, müxtəlif Avropa ölkələri sakinlərinin orta əmək haqqı ilə nə qədər yanacaq ala biləcəyinə dair məlumatlar əsasında tərtib edilib.

Reytinqə Lüksemburq, Böyük Britaniya və Hollandiya başçılıq edir. Lüksemburq sakinləri orta aylıq əməkhaqqı ilə 2 min litrdən çox Aİ-95 markalı benzin ala bilərlər, nəzərə alsaq ki, orada bir litr yanacağın qiyməti Azərbaycan valyutası ilə təxminən 3.6 manatdır. Böyük Britaniyada benzinin bir litri 4.27 manata başa gəlir və orta statistik britaniyalı maaşı ilə 1459 litr yanacaq ala bilir.

Əhali üçün benzinin əlçatanlığına görə Rusiya Qazaxıstan və İtaliya arasında 13-cü yerdədir. Rusiyalı avtomobil sahibi orta hesabla maaşı ilə 1057 litr yanacaq ala bilər. Qazaxıstan sakinləri orta əmək haqqına 1102 litr, italiyalı sürücülər isə 966 litr yanacaq ala bilərlər.

Reytinqin autsayderlərindən danışsaq, indiki qiymətlərlə ən əlçatmaz olan Rumıniya sakinləri üçün benzindir, onlar orta əmək haqqına cəmi 384 litr benzin tökə bilirlər. Bolqarıstan, Latviya, Slovakiya və Xorvatiyada vəziyyət bir qədər yaxşıdır, yerli sakinlər maaşla öz avtomobillərinə 500 litrdən çox olmayan yanacaq ala bilirlər.

Amma orta əmək haqqı nəzərə alınmadan ən ucuz benzin indi Qazaxıstandadır. Orada AI-95 markalı yanacağın qiyməti təxminən 0.83 manat (83 qəpik) təşkil edir. İkinci yerdə benzinin orta qiyməti 1.52 manat olan Rusiyadır. Ondan sonra bir litr benzinin qiyməti 1.69 manat ilə Belarus gəlir. Ən bahalı benzin Finlandiyadadır - məzənnə ilə təxminən 4.6 manat. Böyük Britaniya, Yunanıstan, Danimarka və Hollandiyada da sürücülər yanacağın litri üçün 4.16 manatdan çox pul ödəyirlər.

Azərbaycanda son statistik məlumata görə orta aylıq əmək haqqı 825.3 manat olduğundan, sürücülər bir ayda 412 litr benzin ala bilərlər.


Tərcümə və redaktə: Ələkbərli Famil

Mənbə: avtonovostidnya.ru

Şərhlər