Aeratravel.az
Aeratravel.az

Azərbaycandan Avropa bazarlarına sürtkü yağlarının ixracına başlanılıb

  • 548
  • 0
  • 20-07-2022, 00:11
Azərbaycandan Avropa bazarlarına sürtkü yağlarının ixracına başlanılıb

Masin.az Apa.az-a istinadən xəbər verir ki, Azərbaycan istehsalı olan sürtkü yağlarının Avropa bazarlarına ixracına başlanılıb. İqtisadi Zonaların İnkişafı Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, məhsul İspaniya, eləcə də Bosniya və Herseqovinaya tədarük olunur.

Ümumilikdə bu ölkələrə 5 min ton həcmində məhsul göndərilib.

Məhsul Sumqayıt Kimya Sənaye Parkında Almaniya və İtaliya texnologiyası əsasında istehsal olunur.

Hazırda zavodda istehsal olunan müxtəlif çeşiddə sürtkü yağları və antifriz dünyanın 30-a yaxın ölkəsinə ixrac edilir. İnvestisiya dəyəri 15 mln. ABŞ dolları olan müəssisədə 150 nəfər daimi işlə təmin edilib.

Şərhlər