Aeratravel.az
Aeratravel.az

Jeep-in ilk elektrikli krossoverinin kamuflyajsız şəkli yayıldı

  • 769
  • 0
  • 20-07-2022, 01:01
Jeep-in ilk elektrikli krossoverinin kamuflyajsız şəkli yayıldı

Masin.az xəbər verir ki, təəssüf ki, Jeep şirkətinin kompakt yeniliyi  xarici görünüşü ilə heyran etmədi.

İlk Jeep elektrik krossoveri kamuflyajsız çəkilib. Paparazzilər prototipi maskalanmadan tuta bildilər, lakin heç bir sensasiya tapa bilmədilər - sınaq avtomobili üç ay əvvəl yayılan kompüter renderlərindən, hətta kiçik detallarda belə fərqlənmir. Qeyri-rəsmi məlumatlara görə, ən kiçik Jeep, Peugeot 2008 və Opel Mokka ilə eyni olacaq və təkcə elektrik güc quraşdırması eyni olmayacaq - hibridlər də hazırlanır.

Slellantis-in baş direktoru Karlos Tavares martın əvvəlində akkumulyatorla işləyən Jeep krossoverinin necə görünəcəyini açıqlamışdı. Buna baxmayaraq, yeniliyin sınaq prototipləri hələ də kamuflyajla gizlədilmişdi, buna görə də eksteryerin kütləvi istehsal mərhələsində yekunlaşdırılması ehtimalı var idi.

Elektrik dartma qabiliyyətinə malik “gənc” Jeep e-CMP platformasını Peugeot e-2008 və Opel e-Mokka ilə paylaşacaq, daha sonra isə fransız CMP “araba”sı ilkin olaraq istehsal olunduğu üçün sıraya benzin mühərrikli modifikasiya əlavə olunacaq, onlar müxtəlif növ elektrik güc quraşdırmaları üçün hazırlanmışdır. Yeni Jeep-də yalnız tam ötürücülü olması şübhə altındadır - bəlkə də elektromobil yolsuzluqda yalnız kiçik çıxıntılara və artan klirensə etibar etməli olacaq.

“Akumulyatorlu” Jeep-in premyerası bu il baş tutacaq, yenilik isə 2023-cü ilin əvvəlində bazara çıxarılacaq. Mövqeləşdirmə hələ də sirr olaraq qalır: ola bilsin ki, CMP/e-CMP platformasındakı krossover layiqli Renegade-i əvəz edəcək və bəlkə də o, sıraya əlavə olaraq ən sərfəli Jeep modeli olacaq. Birinci variantın ehtimalı daha çoxdur, çünki Jeep bu yaxınlarda premium brend olmaq ambisiyasını elan etdi.


Tərcümə: Famil Ələkbərli

Mənbə: motor.ru

Şərhlər