Aeratravel.az
Aeratravel.az

Azərbaycanda ən məşhur avtomobil markaları

  • 632
  • 0
  • 31-07-2023, 16:24
Azərbaycanda ən məşhur avtomobil markaları

Dövlət Statistika Komitəsi ölkənin avtomobil bazarı ilə bağlı yeni rəqəmlər açıqlayıb.

Masin.az xəbər verir ki, Modern.az-ın statistik məlumatlar əsasında apardığı təhlilə görə, Azərbaycanda ən populyar avtomobil markası “Mercedes”dir.

Belə ki, 2022-ci ildə ölkədə 212 mindən çox “Mercedes” markalı avtomobil olub. Alman markası Azərbaycanda olan 1.4 milyondan artıq avtomobilin 15%-ni təşkil edir.

Növbəti yerdə Rusiya/SSRİ istehsalı avtomobillər gəlir.

Statistikaya əsasən, Azərbaycanda 199.5 min ədəd VAZ-2106 (2101-lərlə birlikdə), 126 mindən çox VAZ 2107 (2105-lərlə birlikdə) var. Sayı 100 mini ötən digər avtomobillər “Hyundai” modelləridir.

 

Avtomobil modeli

Sayı

Mercedes

212.824

VAZ-2106 (2101-lə birlikdə)

199.552

VAZ-2107 (2105-lə birlikdə)

126.624

Hyundai

105.833

Toyota

94.941

Opel

69.048

KİA

67.135

Chevrolet

44.110

Nissan

40.701

BMW

35.319

VAZ-2121 (Niva)

35.128

Azərbaycandakı bahalı maşınların sayı elə də az deyil. DSK-nın məlumatına görə, Azərbaycanda 63 ədəd “Rolls Roys”, 327 ədəd “Bentley”, 157 ədəd “Lincoln”, 262 ədəd “Alfa Romeo” var.

Bahalı markalar içərisində ən geniş yayılan “Land Rover”dir, ölkədə istifadədə olan bu maşınların sayı 8661 ədəddir.

Bundan əlavə, Azərbaycanda məşhur "Tesla" elektromobillərinə də rast gəlmək olar. Hazırda ölkəmizdə 99 ədəd "Tesla" elektromobili var. 

Şərhlər