Aeratravel.az
Aeratravel.az

Avtomobilə qırıcı mühərriki quraşdırılarsa, nə baş verər?

  • 1 059
  • 0
  • 10-11-2021, 22:25
Avtomobilə qırıcı mühərriki quraşdırılarsa, nə baş verər?

Avtomobil həvəskarları, yəqin ki, heç vaxt avtomobillərlə təcrübələrini dayandırmayacaqlar. Bəziləri avtomobili daha gözəl və qəşəng etməyə çalışır, bəziləri isə ondan maksimum sürət və gücü sıxmaq istəyir. İngilis mühəndisi Pol Ceymson, məhz sonuncuya məxsusdur. Onun sayəsində, güc qurğusu kimi təyyarə mühərrikinin istifadə edildiyi unikal bir avtomobil meydana gəldi.

Mühərrik bölməsində qırıcı mühərriki

Təyyarənin mühərrikini avtomobilə yerləşdirmək fikri 1960-cı illərdə Pol Ceymsonun ağlına gəldi. Ehtiyacları üçün mühərrik tapdı və hətta onu əldə etdi. Bu, II dünya müharibəsi zamanı qırıcılarda və digər hərbi texnikada istifadə edilən Rolls-Royce Merlin olduğu ortaya çıxdı. Mühərrikin konstruksiyası və xüsusiyyətləri layihə müəllifini özünəməxsus texniki həllər axtarmağa vadar etdi.



Pol Ceymsonun qarşılaşdığı ilk problem şassi idi - sadəcə o  yox idi. Mövcud avtomobillərin heç biri 27 litr həcmli 12 silindrli mühərrikin quraşdırılmasına tab gətirə bilməzdi. Eyni zamanda, mühərrikin uzunluğu 2,25 metr, çəkisi isə 744 kq idi. Buna görə də, şassi müstəqil olaraq hazırlanmalı və yaradılmalı idi. Sonrakı işlər gövdənin, transmissiyanın hazırlanmasına və avtomobilin işlək vəziyyətə gətirilməsinə kömək edən mühəndis Con Dodd ilə birgə həyata keçirildi.




Avtomobilin gövdəsini, karbon lifindən hazırladılar və ön tərəfə Rolls-Royce barmaqlığı bərkitdilər. Bütün lazımi işləri yerinə yetirdikdən sonra onlar 1290 at gücünə malik mühərriklə 288 km/saat sürət yığa biliblər. Düzdür, bu çox da uzun çəkmədi. Ümumi istifadədə olan yolda növbəti səfəri zamanı sürücü, idarəetməni itirrərək, bir çox avtomobili vuraraq qəza törətdi. Maşının son dayanacağı yanacaq daşıyan idi, ondan əsər - əlamət qalmamışdı.

Versiya №2



Qəzadan uğurla xilas olan Con Dodd oxşar avtomobili yığmağa başladı. Birincisi ikiqapılı kupe şəklində hazırlanmışdısa, ikincisi qum rəngli üçqapılı universal gövdə, hətta qəzadan qalan sərinləşdirici barmaqlığını da aldı. Amma, Rolls-Royce məhkəməyə müraciət etdikdən sonra onu çıxarmaq məcburiyyətində qaldı. Bundan sonra Con Dodd, yaratdığını götürdü və Malaqaya köçdü.



Bu maşın üçün də eyni ilə həmin təyyarə mühərrikindən istifadə edilmişdir. Onu "qidalandırmaq" üçün avtomobildə 120 litrlik yanacaq çəni quraşdırılmışdı, lakin bu da uzun müddət bəs etməyəcəkdi: yanacaq sərfiyyatı yüklənməkdən asılı olaraq saatda 177-400 litr arasında dəyişir. Sahibinin oğlundan alınan məlumata görə, avtomobil 300 km/saat sürət yığa bilir.



Avtomobil hazırda Hollandiyanın Raamsdonksveer kəndində yerləşən avtomobil muzeyində nümayiş etdirilir.



Çoxsaylı şirkətlər uzun müddətdir ki, uçan avtomobil üzərində işləyirlər. Seçimlərdən biri, uçan apparata çevrilə bilən transformer – avtomobil oldu.




Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər