Aeratravel.az
Aeratravel.az

Azərbaycan minik avtomobili istehsalına “fasilə” verir

  • 559
  • 0
  • 15-03-2022, 11:08
Azərbaycan minik avtomobili istehsalına “fasilə” verir

2022-ci ilin ilk iki ayı üzrə Azərbaycanda istehsal edilən minik avtomobilləri üzrə göstərici bunu deməyə əsas verir ki, ölkə zavodları istehsalı dayandırıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ölkə zavodları yanvar ayında 105 minik avtomobili istehsal etdiyi halda, fevral ayında cəmi 3 ədəd idtehsal edilib. Bu da öncəki ilin müvafiq dövründə 51.4% kəskin azalma vardır.

Sonuncu dəfə bu qədər azalma 2020-ci ilin aprel və may aylarında qeydə alınmışdı. Həmin aylarda istehsal tam dayanmışdı.

Yanvar ayında 43, fevral ayında isə 80 minik avtomobili anbarlardan satışa yönəlib.

Beləliklə,  fevral 2022-ci il tarixinə minik avtomobilinin anbarlarda sayı 322 ədəd olub.


Şərhlər