Aeratravel.az
Aeratravel.az

Lada avtomobillərinin qiymətləri yenidən artırıldı

  • 746
  • 0
  • 16-03-2022, 22:30
Lada avtomobillərinin qiymətləri yenidən artırıldı

Rusiyanın "AvtoVAZ" şirkəti bu ay ikinci dəfə bütün Lada avtomobillərinin qiymətlərinini artırıb.

Marja.az "Autonews"a istinadən xəbər verir ki, bundan əvvəl Rusiya şirkəti martın 1-dən öz avtomobillərinin qiymətini qaldırmışdı. AvtoVAZ avtomobillərinin bahalaşması ilə bağlı əvvəlcədən xəbərdarlıq etməyib.

Xərc artımı üzrə rekordçu "Lada Largus" olub, hazırda onun qiyməti ən azı 1 235 900 rubl təşkil edir. Fevral ayında bu modelin qiymətləri 829 900 rubldan başlayıb.

"Granta" hələ də ən sərfəli Lada modelidir. Bu avtomobili almaq istəyənlər minimum 727 900 rubl ödəməli olacaqlar (fevralda qiymətlər 598 900 rubldan başlayırdı). AvtoVAZ-ın ən populyar avtomobili - "Lada Vesta" alıcılara 1 121 900 rubla başa gələcək. Bu Ladanın "Vesta Sport" modelinin idman versiyası hazırda 1.597.900 rubla başa gəlir.

Avropa Biznesləri Assosiasiyasının (AEB) məlumatına görə, "AvtoVAZ" bu ilin fevralında 22 378 Lada avtomobili sata bilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% azdır. Ən populyar "AvtoVAZ" modelləri müvafiq olaraq 7161 və 6220 avtomobil satışı ilə Lada Vesta və Lada Granta olub.


Şərhlər